Qətli Azərbaycan çempionu törədib

qetli-azerbaycan-cempionu-toredib
Oxunma sayı: 657

.

Araşdırma nəticəində məlum oldu ki, M.Cəfərov heç də sıradan adam deyil. O, judo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibidir.
Hazırda İdma Akademiyasında təhsil alan M.Cəfərovun adı tez-tez kriminal hadisələrdə hallanır. Onun mərhum Telehlə münaqişəsi “Diana” barında başlayıb. Sentyabrın 9-a kəçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov dünən səhər saatlarında idarə etdiyi qara rəngli “Hyundai-Sonata” markalı avtomobilə Talehin yaşadığı evəgələrək onu “razborkaya çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Telh qardaşına “O tək gəlib, mən də tək gedəcəm” deyərək Museyibin maşınına əyləşib.

Maşında aparılan mübahsiə zamanı M.Cəfərov tapança ilə Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparıllarkən yolda keçinib.