Qeyri-sabit hava şəraiti martın 28-dək davam edəcək

qeyri-sabit-hava-seraiti-martin-28-dek-davam-edecek
Oxunma sayı: 638

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti martın 28-i gündüzədək davam edəcək.


Nigar Məmmədli