Qıcıqlananlar

qiciqlananlar
Oxunma sayı: 891

Ən birinci və əsas səbəb odur ki, müəyyən qüvvələr ölkəmizdə “ərəb inqilabı” etmək üçün insanları küçələrə tökməyə çalışırdılar. Bunun üçün müxtəlif üsullara əl atır, fantastik iddialar və ssenarilər irəli sürürdülər. İlk öncə sosial şəbəkələrdə süni fırtınalar qoparıldı, ardından siyasi partiyalar prosesə qoşuldu. Ard- arda mitinq günləri təyyin edildi, mətbuatda hay-küy salındı, xarici təşkilatların ard-arda bəyanatları, etirazları səsləndi... Amma olması üçün çalışdıqları tək bircə şey olmadı ki, olmadı. Xalqın kütləvi, qarşısı alınmaz və emosianalcasına küçələrə tökülməsi. Bunun səbəbini müxtəlif yerlərə yozdular. Bəziləri xalqı passivlikdə qınadı, bəziləri isə qorxaqlıqda... Amma fakt, fakt olaraq qalır. İnsanları inandıra bilmədilər, vəcdə gətirə bilmədilər, arxalarınca apara bilmədilər. Ortaya belə bir reallıq da çıxdı. Əhalimizin halından ən narazı qismi belə, indiki iqtidara alternativ görmür...

Tam da bu proseslərin ən qızğın vaxtında, heç kimin ciddi şəkildə gözləmədiyi bir zamanda Azərbaycan avroviziya müsabiqəsinin qalibi oldu. Çoxdandır qələbəyə susamış xalq heç kimdən təlimat filan almadan, kənar təşəbbüs gözləmədən küçələrə töküldü, öz emosialarını istədiyi kimi biruzə verdi. Hətda Azadlıq meydanı belə, bir andaca siravi vətəndaşlar tərəfindən fəth edildi. İnsanlar qarşısı alınmaz bir selə çevrildi. Lap bəzilərinin xəyallarında canlandırdıqları mənzərələrdəki kimi. Amma gəl gör ki, bu mənzərənin küyü sən deyən küy deyil. Ortaya tam qıcıqlanası bir vəziyyət çıxır. Axı xalqın istəkləri və arzuları ilə, sənin arzu və xəyallarının ayrı-ayri şeylər olduğunu sübut edəcək bundan bariz situasiya, hadisə nə ola bilərdi ki?! Di gəl sən yanıb-tökülmə, əsəbindən coşma, kinini-küdurətini qəzet səhifələrinə, internet blogglarına və sosial şəbəkələrdəki statuslarına tökmə...

Bəziləri öz vəziyyətlərinin ürək açan olmadığını dərk edərək, potoloji-qərəzli mövqelərini əsaslandırmaq üçün bu qələbənin daxili siyasətdə işlədilməsindən, mövcud iqtidarın adına yazılmasından narazı olduqlarını, bu səbəbdən əsəbləşdiklərini arqument gətirməyə çalışırlar. Bu zaman isə lap gülməli və zəif göründüklərinin yəqin ki, fərqində belə deyillər. Axı bütün siyasi qüvvələr və şəxslər hakimiyyətdə olduqları zaman müddətində əldə edilmiş uğurların və uğursuzluqların yeganə səbəbkarlarıdırlar. Necə olur ki, siz öz fəaliyyətində qüsura yol verən adi “JEK” işçisinə görə bir başa ölkə başçısı İlham Əliyevi günahkar görürsünüz, dövlət qurum və rəhbərlərini asıb-kəsirsiniz, amma bu boyda uğurun həmin tənqid etdiyiniz İlham Əliyevin, onun komandasının iqtidar olduğu bir zamanda qazanıldığını, onun adına yazılmalı olduğunu qəbul etmirsiniz?!
Qıcıq səbəbi olaraq göstərilən, ortaya atılan, gətirilən arqumentlərdən ən fantastiki, dəhşətlisi, qorxulusu, gülməlisi və absurdu isə odur ki, İlham Əliyev avroviziya qalibiyyətimizi Qarabağı unutdurmaq üçün, pulnan alıb...

Gəlin etiraf edək: bu cür qeyri-normal məntiqlə nə siyasətçi, nə müxalifətçi, nə ziyalı, nə jurnalist, nə yazar,hət da vətəndaş belə olmaq olmaz...Vətənpərvərlikdən, təəssübkeşlikdən isə, ümumiyyətlə danışmağa dəyməz. Buna olsa- olsa nadanlıq demək olar, o zaman isə xətrinizə dəyər...