Qılınc formasında qatar hazırlandı

qilinc-formasinda-qatar-hazirlandi
Oxunma sayı: 711

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Şinxua” agentliyi yayıb. Yeni qatar zahiri görkəminə görə “Qılınc” adlandırılıb.

Çinin şimalındakı liman şəhərlərindən olan Çindaoda istehsal edilib və ictimaiyyətə təqdim olunub. Qatar bir neçə ay sonra sərnişin daşımaq üçün test səfərlərinə çıxacaq.

Çində bu anda dəmiryol daşımalarında istifadə edilən ən sürətli qatarlar Pekin-Şanxay xətti ilə hərəkət edənlərdir. “Gaotie” seriyasından olan qatarların sürəti saatda 486 km.-ə çatır.

Çində dəmiryolunun uzunluğu 90 min km.dir. 2020-ci ildə yeni açılacaq xətlərlə bu yolun 100 min km.ə çatacağı gözlənilir.