Qızılın qiyməti rekord həddə düşdü

qizilin-qiymeti-rekord-hedde-dusdu
Oxunma sayı: 696

Qızılın bir troya (31, 1 qram) unsiyasının qiyməti çərşənbə axşamı qeydə alınan tarixi maksimum - 1911, 46 dollardan 1750, 55 dollara düşüb.

Sonuncu dəfə qızılın qiymətinin bu dərəcədə düşməsi 1980-ci ildə qeydə alınıb. Hesablamalara görə, qızıl son iki gün ərzində 8, 4 faiz düşüb.

Qızıl bu ayın əvvəlindən etibarən bahalaşmağa başlayıb. Bu tendensiyaya səbəb ABŞ-da Standard & Poor`sın ölkənin yüksək etibarlılıq reytinqini "neqativ" proqnozla AAA-dan AA+ya endirməsindən sonra iqtisadi stabilliklə bağlı olan təhlükə, həmçinin Avropadakı qeyri-stabillik idi. ABŞ və Avrozonadakı iqtisadi problemlərlə bağlı investorlar hesab edirlər ki, qızıl ən etibarlı investisiyadır.
ANSPRESS