“Azerimuslims.com” “Bi-Bi-Si” Rusiya xidməti”nə istinadən bildirir ki, Rusiya Federasiyasının Baş naziri Vladimir Putin jurnalistlərdən onun ailəsi haqda material hazırlamamalarını istəyib. Rusiya hökumətinin başçısı jurnalistlərə müraciətində onun xanımını və qızlarını rahat qoymalarını tələb edib.
“Ailə üzvlərindən heç kim nə siyasətlə, nə bizneslə məşğul olur və heç bir məsələyə müdaxilə etmirlər. Mən də öz növbəmdə sizdən xahiş edirəm ki, ailəmi rahat buraxın. Bu, onların təhlükəsizliyi üçündür”, - deyə Putin əcnəbi KİV redaktorları ilə görüşündə bildirib.
Görüşdə Putinin xanımı Lüdmilanın ictimai fəaliyyətlə məşğul olmadığını və buna can atmadığını da vurğuladığı bildirilib. Habelə, Putin görüşdə müasir KİV-in çox zalım olduğunu da xüsusi vurğulayıb.
Xəbərdə Baş nazirin qızlarının artıq təhsillərini başa vurduğunu və elmi işlə məşğul olacaqlarını bildirdiyi də öz əksini tapıb.