Qroznı-Bakı neft kəməri partladıldı

qrozni-baki-neft-kemeri-partladildi-
Oxunma sayı: 1749

Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, partlayış Azərbaycan- Rusiya sərhədindən kənarda baş verib. Partlayışdan sonra da, neft nəqlinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinə heç bir müraciət edilməyib. Kəmər əvvəlki kimi fəaliyyət göstərir.

Artıq Dağıstanda magistral neft kəmərinin keçdiyi ərazidə ötən axşam baş vermiş partlayış faktı üzrə cinayət işi açılıb. İstintaq tədbirləri və cinayətkarların axtarışı həyata keçirilir.

Məlumata görə, Qarabudaxkənd rayonunun Daqir-kala ərazisində magistral neft kəmərinin 242-ci kilometrliyində kəmərin altında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində zərər çəkən olmayıb və neft sızması baş verməyib. Neft kəmərinin həmin hissəsində 10-12 santimetr diametrində dəlik əmələ gəlib.