BQXK-nın beş avtomobili aksiya ərazisindən maneəsiz keçib

bqxk-nin-bes-avtomobili-aksiya-erazisinden-maneesiz-kecib
Oxunma sayı: 1789

Ekoaksiyanın iştirakçıları yanvarın 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.