Ramazan bayramı hansı gündür?

ramazan-bayrami-hansi-gundur-
Oxunma sayı: 2698

Bu ayda oruc tutan insanları isə hazırda bir sual maraqlandırır. Ramazan bayramı hansı günə düşür və bayram namazı nə vaxt qılınacaq? Əslində, Nazirlər Kabinetinin qərarına əsasən avqustun 30-u və 31- bayram günləri kimi göstərilib. Lakin Ramazanın başlama və bitmə gününün Ay ilə müəyyən olunduğunu əsas gətirərək, konkret bayram gününün avqustun 30-u, yoxsa 31-nə düşəcəyi sual altındadır.

Məsələ ilə əlaqədar Təzəpir məscidinin axundu Hacı Faiz Nağızadə ilə əlaqə saxladıq. Axundun “Qafqazinfo”ya verdiyi məlumata görə, onlarda da bayram gününün hansı günə düşəcəyi dəqiq bilinmir: “Bu hər il mübahisəyə səbəb olur. Ay tamam olmalıdır ki, bayram günü də bəlli olsun. Bu, ancaq Ayla bağlı məsələdir. Əgər avqustun 29-u axşam, gün batanda ay görünsə, onda bayram günü ayın 30-u olacaq və bayram namazı da həmin gün qılınacaq. Yox əgər ayın 30-da görünsə, onda bayram da ayın 31-də qeyd olunacaq”.

Hacı Faiz Nağızadə həmçinin bildirib ki, hər il olduğu kimi bu il də bayram namazı bayram günü səhər saat 10.00-da Təzəpir məscidində qılınacaq. Bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin də qatılacağı gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da artıq İdarədə Ramazan bayramına hazırlıqlarına başlandığını, yaxın günlərdə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin bayram təbriki ünvanlayacağını deyib.

Nigar Məmmədli