Ramil Usubov Polis Akademiyasına rəis təyin etdi - Eksklüziv

ramil-usubov-polis-akademiyasina-reis-teyin-etdi-ekskluziv-
Oxunma sayı: 1256

Daxili işlər naziri Ramil Usubov Azərbaycan Polis Akademiyasına yeni rəis təyin edib. “Qafqazinfo”nun məlumatına görə, nazirin bu gün imzaladığı əmrə əsasən general-mayor Nazim Əliyev Akademiyanın rəisi təyin olunub. N. Əliyev bu vaxta qədər DİN-də katibliyinin rəisi vəzifəsini tutub.

Bu gün R. Usubov həmçinin N. Əliyevi qəbul edib, ona tövsiyə və tapşırıqlarını verib.