Ramil Usubov sərt qərar verdi

ramil-usubov-sert-qerar-verdi
Oxunma sayı: 707


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, habelə 2011-ci il fevralın 7-də daxili işlər nazirinin yanında keçirilmiş əməliyyat müşavirəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi haqda konkret tapşırıqlar verilib. Bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər keçirilməsinə, müsbət nəticələrin əldə olunmasına baxmayaraq, təəssüf ki, mövcud nöqsanlar tam aradan qaldırılmamışdır və korrupsiya hüquqpozmalarına meylli polis əməkdaşlarına hələ də rast gəlinir.

Müşavirədə qeyd olunub ki, Tədbirlər Planının icrası ilə əlaqədar bu günlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub. Həçminin tabelindəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 tağım komandiri tutduğu vəzifədən azad edilib, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.