Ramiz Mehdiyev Moskvadadır

ramiz-mehdiyev-moskvadadir
Oxunma sayı: 702

“Trend” agentliyi “İTAR-TASS”a istinadla xəbər verir ki, Sergey Narışkinlə görüşündə Ramiz Mehdiyev xatırladıb ki, forumun keçirilməsi təşəbbüsü ilə iki ölkənin prezidentləri çıxış edib: “Biz Azərbaycanda bu məsələyə çox təmkinlə və böyük məsuliyyətlə yanaşırıq. Güman edirik ki, forum Moskva və Bakının əməkdaşlığının təkcə itisadi sahədə deyil, həm də humanitar problemlər üzrə inkişaf etməsi baxımından önəmli olacaq”.

Ramiz Mehdiyevin sözlərinə görə, foruma təkcə Rusiyadan deyil, həm də Avropa dövlətlərindən bir çox məşhur insanlar gələcək: “Bakı forumu təsdiq edəcək ki, Azərbaycan və Rusiya qarşılıqlı humanitar fəaliyyət sahəsində beynəlxalq səviyyəyə daxil olur”.

Sergey Narışkin bildirib ki, Rusiya və Azərbaycan humanitar məsələlərə böyük əhəmiyyət verir: “Beynəlxalq gündəlik üzrə isə Moskva və Bakının mövqeyi oxşardır, çox vaxt üst-üstə düşür”.