RATİ-nin əməkdaşı döyüldü

rati-nin-emekdasi-doyuldu
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, RATİ-nin əməkdaşı bildirib ki, mayın 23-də saat 21:30 radələrində Samir adlı şəxs heç bir səbəb olmadan onun ünvanına təhqirlər səsləndirib. V.Nağı təhqirlərin səbəbini soruşarkən gözlənilmədən həmin şəxsin fiziki hücumuna məruz qaldığını deyib: “Özümü qəfil zərbələrdən qorumağa çalışarkən mobil telefonum və dəftər-kitabım olan sellofan torba ayaq altında qalaraq, dağılıb. Bu cür münasibətin səbəbini hələ də anlaya bilmirəm. Şillə-təpik hücumlarından çətinliklə qurtardıqdan sonra evə tələsdim. Telefonumu hadisə yerində unutduğumun fərqində olaraq geri qayıtmalı oldum. Bu zaman yenidən həmin şəxsin hücumu ilə üzləşdim. Təsəvvür edin ki, məhəllədə olan insanlar bu adamın zorakılığının qarşısını almağa çalışsalar da, o təkrar-təkrar üzərimə hücuma keçməkdə davam edirdi”.

Qeyd edə ki, hadisədən dərhal sonra RATİ-nin əməkdaşı Yasamal rayon 28-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Onun ərizəsi qəbul olunub və aldığı bədən xəsarətlərini təsdiqləmək üçün tibbi ekspertizadan keçirilib. 28-ci Polis Bölməsinin baş tədqiqatçısı Hüseyn Məmmədov RATİ-yə bildirib ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır və ona görə də hadisəni törədən şəxsin adını açıqlaya bilməzlər: “Biz həmin şəxsi bölməyə gətirdik və ondan izahat aldıq. Araşdırmalar davam edir, onun nəticələri haqda araşdırma bitəndən sonra məlumat verə biləcəyik.”