“Bravo supermarketlərində Snikerslə bacarıqlarını inkişaf etdir” tirajlı stimullaşdırıcı lotereya

bravo-supermarketlerinde-snikersle-bacariqlarini-inkisaf-etdir-tirajli-stimullasdirici-lotereya
Oxunma sayı: 1038

“Snikerslə! Bacarıqlarını inkişaf etdir”  tirajlı stimullaşdırıcı  lotoreyası 01 oktyabr 2021 ci il - 30 oktyabr 2021-ci il tarixləri arasında keçirilir.

İstənilən Bravo ticarət mərkəzindən ən azı 2 (iki) ədəd Snickers® (50,5 qr),  SNICKERS® SUPER(95 qr),  SNICKERS® Crisp (40qr),  SNICKERS® Crisp (60qr) almaq lazımdır.

Azərbaycan Respublikasının Bravo ticarət şəbəkələrində ən azı 2 (iki) vahid miqdarında Snickers® məhsulunu almaq. Hər bir iştirakçı yuxarıdakı məhsulların alışına görə qəbzi saxlamalı qeydiyyatdan keçməlidir:  www.snickersni.az   saytında ad, soyad, elektron poçt ünvanı və mobil telefonunu qeydiyyatdan keçirməklə, SMS vasitəsilə qeydiyyat məlumatlarında qeyd edilmiş mobil telefon nömrəsinə göndərilən qısa kodun daxil edilməsilə mobil telefon nömrəsini təsdiq etmək,  alış-verişə görə aldığı çeki yuxarıda qeyd edilmiş saytda yerləşdirmək və unikal kodu almaq lazımdır. Bu unikal kod lotereya biletinə bərabərdir və 8(sekkiz) simvoldan ibarətdir. Bu kodlar lotereya bitənədək şəxsi kabinetdə saxlanılmalıdır. Lotereyanın şərtləri və lotereya bileti elektron poçt ünvanına göndəriləcək. Bir alış çekini saytda yalnız 1  dəfə qeydiyyatdan keçirmək olar. Bir iştirakçı saytda istənilən sayda çeki qeydiyyatdan keçirə bilər.

İştirakçı bir çek göndərir və moderatordan təsdiq gözləyir. Çek təsdiqlənərsə, iştirakçı lotereyada iştirakın təsdiqləyən eyniləşdirmə nömrəsi təqdim olunur (8 simvoldan ibarətdir) və aşağıdakı mesajı alır: “Çekiniz qəbul edildi. Mükafat tirajında ​​iştirak edirsiniz. Hər çek, qazanma şansınızı artırır! Yeni çekiniz var? Yenidən qeydiyyatdan keçin”.

Çek təsdiqlənməsə, iştirakçı aşağıdakı mesajı alacaq: “Çekiniz rədd edildi, çünki lotoreya qaydalarından birinə uyğun gəlmir. İştirak şərtlərini diqqətlə oxuyun və başqa bir çek yükləməyə çalışın”.

Çekin üzərindəki bütün məlumatlar aydın oxunmalıdır. Çekin şəkli dəqiq və aydın oxuna bilməlidir. Faylın növü: JPEG, JPG, ölçüsü 10 Mb-dan çox olmamalı, rezolyusiyası 200 (iki yüz) dpi-dən az olmamalıdır. Fotoşəkil olmayan təsvirlərə yol verilmir (skrinşotlar, basmalar, rəsmlər, kompüter qrafikası, fotomontaj). Çekin fotoşəkli üst və alt kənarları da daxil olmaqla tam çəkilməlidir, çekin şəkli tam şaquli istiqamətli olmalıdır, çekin fotoşəklini düz bucaq altında çəkmək lazımdır. Çeklər yükləndikdən sonra 48 saat ərzində onların Lotereya şərtlərinə uyğunluğu yoxlanılır (moderasiyadan keçir). Təşkilatçı/Sifarişçi şəklin oxunmadığını (xüsusilə, üzərində kiçik zədələr olarsa, şəkil aydın olmazsa), saxta olduğunu hesab etdiyi istənilən zaman yüklənmiş çeki İştirakçı üçün hesaba almaya bilər. Eyni çekin şəkli Lotereyanın keçirildiyi bütün müddət ərzində sayta yalnız bir dəfə yüklənə bilər. Eyni İştirakçı  tələblərə cavab verən çekləri qeyri-məhdud sayda yükləyə bilər. Bir kassa çeki ilə bu Qaydaların 1-ci bəndində göstərilmiş birdən  çox mal satın alınmışdırsa, həmin çek əsasında yalnız bir maldan Lotereyada iştirak üçün istifadə etmək olar. Yüklənilmiş əmtəə çeklərini uduşlu olduğu təqdirdə Lotereya Təşkilatçısına təqdim etmək üçün mütləq saxlamaq lazımdır. Hər iştirakçı yalnız bir nömrə ilə qeydiyyatdan keçə bilər. Qəbzi lotereyanın sonunadək saxlamaq lazımdır. Bir iştirakçı yalnız bir dəfə qalib ola bilər. Lotereyada ancaq 18 (on səkkiz) yaşı tamam olmuş şəxslər (bundan sonra lotereya İştirakçısı) iştirak edə bilələr.

Tirajın uduş fondunun oynanılma tarixləri:

-11 oktyabr (01 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 07 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər).

-18 oktyabr (08 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 14 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər).

-25 oktyabr (15 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 21 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər).

-02 noyabr (22 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 30 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər).

Tirajlı stimullaşdırıcı lotoreyanın Uduş fondu:

              Həftəlik hədiyyələr:

-Hər həftə hər biri 5 ədəd olmaqla 100$ (170 AZN) miqdarında pul mükafatları - Lotereyanın bütün müddəti ərzində 20 əd;

Uduşun oynanılmasından sonra 5 (beş) iş günü ərzində əlaqə məlumatını, daha dəqiq isə, qalibin şəxsi məlumatlarını, eləcə də, şəxsiyyəti təsdiq edən sənədin nömrəsini, tam yaşayış ünvanını, yaşını, əmtəə çekinin əslini və aksiyaya aid digər məlumatı dəqiqləşdirmək üçün qaliblərə Lotereyanın  qaynar xəttinin operatorları zəng edə bilərlər.

Əsas uduşun alınması üçün Qalib uduş haqqında məlumatı aldığı andan etibarən Lotereyanın Təşkilatçısına aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsinin surəti, FIN-nin (fərdi identifikasiya nömrəsidir) mütləq qeyd edilməsi şərtilə;

2) faktiki yaşayış ünvanı və poçt indeksi.

Ətraflı məlumatı https://bravo.snickersni.az/ saytından əldə edə bilərsiniz.

Lotoreyanın keçirilmə ərəfəsində uduşların qalibləri 15.10.21 – 21.10.21:

TARİX:25.10.2021

1 qalib

Ad: Samir Mobil nömrə: 99470*** ** 27     İştirakçı ID: 0ZHIVANW (170 manat)

2 qalib

Ad: Namik Mobil nömrə: +99450*** ** 08    İştirakçı ID: YKI8ENAQ (170 manat)

3 qalib

            Ad: Rəşad Mobil nömrə: +99499*** ** 30 İştirakçı ID: SDFYYİZ8 ( 170 manat )

            Ad: Elvin Mobil nömrə: +99470*** ** 03 İştirakçı ID: 1ELİ0KM3 ( rezerv) ( 170 manat )

4 qalib

            Ad: Kənan   Mobil nömrə: +99755*** ** 48  İştirakçı ID:TF8DU4PQ (170 manat)

5 qalib

            Ad: Vüqar  Mobil nömrə: +99455*** ** 88 İştirakçı ID:28FULKCİ (170 manat)