"Qafqazinfo" xəbər verir ki, Braziliya Çili ilə qarşılaşır. Bu matçdan sonra 1/4 finalın ilk iştirakçısı bəlli olacaq.Görüşü britaniyalı baş hakim Hovard Veb idarə edir. Komandaların start heyətləri belədir:
Braziliya: Julio Sezar, Daniel Alveş, Tiaqo Silva, David Luiz, Marselo, Fernandinyo, Oskar, Luis Qustavo, Halk, Fred, Neymar
Çili: Klaudio Bravo, Euqenio Mena, Maurisio İsla, Fransisko Silva, Aleksis Sançes, Eduardo Varqas, Arturo Vidal, Qari Medel, Qonzalo Xara, Karles Aranqis, Marselo Dias
***
David Luiz 18-ci dəqiqədə hesabı açdı.Braziliya 1-0 önə keçir.
***
32-ci dəqiqədə "Barsa"nın ulduzu Aleksis Sançez Çilinin bərabərlik qolunu vurur.1-1
***
Birinci 45 dəqiqə olduqca gərgin və maraqlı keçdi. Hesab isə 1-1 -dir.
***
90 dəqiqə 1-1 hesablı bərabərliklə başa çatdı. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqəlik əlavə vaxt təyi olunub. Bu zaman kəsiyində qol olmasa, penaltilər olacaq.
***
Əlavə olunmuş ilk 15 dəqiqədə də qol olmadı İndi ikinci və son 15 dəqiqə oynanılır.
***
Braziliya 3-2 hesabı ilə penaltilərdə Çilini məğlub edib və ilk 1/4 finalçı olub.
İqbal
Son xəbərlər
Son Xəbərlər