Braziliya Kamerun qarşısına ehtiyat oyunçularla çıxacaq

braziliya-kamerun-qarsisina-ehtiyat-oyuncularla-cixacaq
Oxunma sayı: 1658

Braziliya millisi dekabrın 2-də DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Kamerunla qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, məşqçilər korpusu Kamerunla matçda ehtiyat oyunçulara şans vermək qərarına gəlib.

Bu qərar isə bəzi aparıcı oyunçuların zədəli olması və turnir cədvəlindəki qrafikə görə verilib. Üstəlik, komanda 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edib.

Neymar, Aleks Sandro və Danilonun zədə səbəbindən Kamerunla matçda meydanda olmayacağı isə əvvəlcədən bəlli idi.