Braziliya karnavalında qalmaqal baş verdi

braziliya-karnavalinda-qalmaqal-bas-verdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun anspress-ə istinadən verdiyi məlumata görə, Braziliyada davam edən məşhur Rio karnavalının əsas hissəsi olan samba müsabiqəsi qalmaqalla başa çatıb. Sambadrom adlı xüsusi meydançada 14 samba məktəbinin rəqqasları yarışıb. Müsabiqənin nəticələri elan edilərkən qarışıqlıq yaşanıb. Belə ki, "Moçidade Aleqre" samba məktəbinin üstünlüyə malik olduğu ehtimal edildiyindən, qalib elan edilərkən rəqib məktəbin tərəfdarları iğtişaş yaradıb. Tərəfdarlardan biri səhnəyə çıxaraq, səsvermə nəticələrinin olduğu məktubu cırıb. Nəticələr yalnız bir nüsxədə olduğundan, tamaşaçılar hansı samba məktəbinin qalib olduğunu bilməyiblər.

Etirazçılar səhnə ətrafındakı barrikadaları da dağıdıblar. Daha bir samba məktəbinin tərəfdarları isə rəqib məktəblərdən birinə məxsus səyyar səhnəni yandırıb. Polis faktla bağlı 2 nəfəri həbs edib.

Qeyd edək ki, bu il Rio-de-Janeyro karnavalına bütün dünyadan 850 mindən çox turist gəlib.