Braziliya Lavrovun təyyarəsinə yanacaq verməkdən imtina etdi - Yenilənib

braziliya-lavrovun-teyyaresine-yanacaq-vermekden-imtina-etdi
Oxunma sayı: 3684

Braziliyada keçirilən G20 nazirlər toplantısına gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun Latın Amerika turunda problem yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “AeroTelegraph”ın məlumatına görə, Rio-de-Janeyro hava limanında Lavrovun RA-96019 dövlət nömrə nişanlı İl-96 təyyarəsinə yanacaq doldurulmasına icazə verilməyib.

Aeroport xidmətləri operatoru “Vibra Energia” qərarını ABŞ sanksiyaları ilə izah edib. 

Beləliklə, Lavrovun ölkə Prezidenti Lula da Silva ilə görüşünün planlaşdırıldığı Braziliyaya uçuşu təhlükə altında qalıb. Lavrov sonradan Moskvaya qayıtmağı planlaşdırıb və onun təyyarəsini Braziliya Hərbi Hava Qüvvələrinin kerosini ilə doldurmaq imkanı nəzərdən keçirilib. Lakin bu plan da baş tutmayıb. Rəsmi versiyaya görə, hərbçilərin kifayət qədər yanacağı olmayıb.

Nəticədə Lavrov Braziliyanın xarici işlər naziri Mauro Vieyranın təyyarəsində səyahət yoldaşı kimi ölkənin paytaxtına uçmalı olub.

***

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi yanacaqla doldurulub və uçuşa hazırdır”.

Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.