Braziliya millisində ciddi itki

braziliya-millisinde-ciddi-itki
Oxunma sayı: 1475

“Real Madrid”in müdafiəçisi Eder Militao Braziliya yığmasının qarşıdakı oyunlarında iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. 

Bildirilib ki, futbolçu oktyabrın 5-də vətəninə uçub və orada tibbi müayinədən keçib. Nəticədə ona sol bud nahiyəsində yüngül əzələ zədəsi diaqnozu qoyulub.

Beləliklə, Militao 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Çili (11 oktyabr) və Peru (16 oktyabr) ilə keçiriləcək iki matçda “sambaçılar”a kömək etməyəcək.