"Qafqazinfo"nun Apasport.az saytına istinadən məlumatına görə, dünya çempionatındakı uğursuzluqdan sonra Luis Felipe Skolari ilə yollarını ayıran “pentakampeonlar”ın yeni baş məşqcisi Dunqa ləqəbli Karlos Verri olub.
2006-2010-cu illərdə də Braziliya millisinə baş məşqçilik edən mütəxəssis 4 ildən sonra postuna qayıdıb. Dunqanın təqdimat mərasimi bu günə planlaşdırılıb.
Maraqlıdır ki, Skolari kimi Dunqa da yığmadan mundialda Hollandiyaya uduzduqdan sonra ayrılmışdı. Sinuncu DÇ-2010-un 1/4 finalında, onun sələfi isə DÇ-2014-də 4-cü yer uğrunda matçda “narıncılar”a yenilgidən sonra istefa vermişdi.
Son xəbərlər
Son Xəbərlər