Braziliya millisinə itki - Neymar zədələndi

braziliya-millisine-itki
Oxunma sayı: 1328

Futbol üzrə Braziliya yığması ciddi itkiylə üzləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qətər komandası ilə yoxlama oyununda (2:0) futbolçu Neymar zədələnib. Topuq bağları qırılan oyunçu meydançanı qoltuq ağacı ilə tərk edib.

Neymarın zədələnməsi Braziliya millisini onu əvəz edəcək futbolçu tapmaq barədə düşünməyə məcbur edib. Belə ki, Neymar iyunun 14-də Amerika Kuboku turnirində Boliviya ilə qarşılaşmada millidə yer almayacaq.