Braziliya millisinin sabiq üzvü həbs oluna bilər

braziliya-millisinin-sabiq-uzvu-hebs-oluna-biler
Oxunma sayı: 897

Futbol üzrə Braziliya millisinin və “Roma”nın sabiq üzvü Mişel Bastos həbs oluna bilər.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl karyerasını bitirən 36 yaşlı futbolçu vergi saxtakarlığında və “çirkli pullar”ın yuyulmasında ittiham olunur. 

Əsas ittihamlardan biri onun 2018-ci ildə evini narkotik alverçisinə satması olub.

Bastos karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor”, “Şalke” kimi klublarda çıxış edib. O, 10 dəfə formasını geyindiyi Braziliya millisində bir qol vurub.