Braziliya Prezidenti Jair Bolsonaru hələ də koronavirusa inanmır.
“Qafqazinfo”nun “Globol”a istinadən məlumatına görə, Braziliyada Müdafiə Nazirliyinin xəstəxanasını ziyarət edən, daha sonra aptekə və yaşayış evinə girən dövlət başçısı tibbi maskadan istifadə etməyib. O, insanlarla söhbət edib, onların əlini sıxıb, şəkil çəkdirib. Prezidentin mühafizəçilərinin də maskası olmayıb.
Qeyd edək ki, daha əvvəl şəhərdə özünütəcrid rejimi tətbiq edilib və insanlara evlərindən çıxmamaq tövsiyə olunub.
İndiyədək Braziliyada 18 mindən çox yoluxma, mindən çox ölüm halı qeydə alınıb.


Son xəbərlər
Son Xəbərlər