Braziliya Prezidenti restorana buraxılmadı - Foto

braziliya-prezidenti-restorana-buraxilmadi
Oxunma sayı: 2254

Braziliya Prezidenti Jair Bolsonaru Nyu-York şəhərində restorana buraxılmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Məlumata əsasən, BMT Baş Assambleyasının növbəti sessiyasına qatılmaq üçün Nyu-Yorkda səfərdə olan Bolsonaru səfərinin ilk günü yeməyini küçədə yeməli olub. Buna səbəb isə J. Bolsonarunun koronavirusa qarşı peyvənd olunmamasıdır. Nyu-Yorkda isə restorana daxil olmaq istəyən şəxs COVID-19-a qarşı peyvənd olunduğuna dair sənəd təqdim etməlidir.

Qeyd edək ki, Braziliya Prezidenti vaksinlərə qarşı skeptik mövqeyə sahibdir və bu günə qədər koronavirusa qarşı peyvənd olunmadığını tez-tez fəxrlə dilə gətirir.