Braziliya prezidenti sammitə qatılmaqdan imtina etdi

braziliya-prezidenti-sammite-qatilmaqdan-imtina-etdi
Oxunma sayı: 1277

Braziliya prezidenti Dilma Russeff Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dərin siyasi krizisə görə qatılamayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters”ə prezidentə yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, prezident postunu ititməkdən qorxan Russeff ölkədə qalıb problemləri yoluna qoymağı üstün tutub.

“O, sammitdə iştirak etmək üçün dəvəti qəbul edəndən sonra ölkədə vəziyyət çox dəyişilib”, - mənbə qeyd edib.