Braziliya Prezidenti yenə xəstəxanaya yerləşdirildi

braziliya-prezidenti-yene-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1366

Braziliya Prezidenti Jair Bolsonaru növbəti dəfə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Fabio Fario açıqlama verib.

“Prezident bazar ertəsi axşam bir növ narahatlıq səbəbiylə sınaqlar üçün Braziliyadakı Silahlı Qüvvələr xəstəxanasına köçürülüb”, - deyə açıqlamada bildirilib.

Məlumata görə, Bolsonaru özünü yaxşı hiss edir, o, gecəni xəstəxanada keçirəcək.

Qeyd edək ki, Bolsonaru bundan əvvəl ötən ilin iyulunda bağırsaq keçməzliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.