Braziliya “qətliam”ı- - Fotolar

braziliya-qetliami-
Oxunma sayı: 4514


Amansız, bağışlamağı bacarmayan, soyyuqanlı, əldə etdiyinin daha da artığını istəyən və başqa bu kimi xarakterləri tarixən özündə daşıyan Almaniya dünən bunu bir daha da sübut etdi. 

“Qafqazinfo” xəbər verir ki, dünya çempionatının yarımfinal mərhələsində  Braziliyanı 7-1 hesabı ilə tari-mar edən Almaniya ev sahibi ölkədə matəm ab-havası yaradıb. Matç zamanı həm stadionda olan, həm oyunu kənardan izləyən braziliyalı azarkeşlər böyük şok yaşayıblar. Ölkənin müxtəlif şəhərlərində iğtişaşlar başlayıb. Böyük hesablı məğlubiyyətdən isə geriyə gözüyaşlı braziliyalılar qalıb.

İqbal