Braziliya qrupu ilk sırada tamamladı- - Yenilənib

braziliya-qrupu-ilk-sirada-tamamladi-
Oxunma sayı: 1261


"Qafqazinfo" xəbər verir ki,ev sahibi Braziliya Kamerunla görüşür. Braziliya bu matçı da maksimum nəticə ilə yekunlaşdıraraq yoluna davam etmək istəyir. Kamerun isə artıq çempionatla vidalaşıb və sonuncu matçdan sonra rəsmi olaraq mübarizəni dayandıracaq. Komandalar bu heyətlərlə oyuna başlayıblar.

Kamerun: İtanjde, Nkoulou, Nguemo, Moukandjo, Abubakar, Bedimo, Cnoupo-Moting, Mbia, Enon, Matip, Nyom

Braziliya: Cezar, Alveş, Silva, Luis, Marselo, Halk, Paulinyo, Fred, Neymar, Oskar, Qustavo.

***

Matçın 17-ci dəqiqəsində Neymar komandasını hesabda önə keçirib.

***

26-ci dəqiqədə Joel Matib Kamerunun bərabərlik qolunu vurub 1-1

***

42-ci dəqiqə və qol vuran futbolçu yenidən Neymar olur. 2-1 Braziliya hesabda önə keçir.

***

49-cu dəqiqədə Fred komandasının 3-cü qolunu vurub. 3-1

***

82-ci dəqiqə Fernandinyo hesabı 4-1 edir.

***

Kamerunu 4-1 hesabı ilə məğlub edən Braziliya play-offa qrup lideri kimi adlayıb.

İqbal