"Qafqazinfo" xəbər verir ki, ev sahibi Braziliya Meksika ilə qarşılaşır. İlk oyunda Xorvatiyanı məğlub edən Braziliya bu gün qələbə qazanacağı təqdirdə play-off-a çıxmaq məsələsini həll etmiş olacaq. Eyni sözlər Meksikaya da aiddir. Görüşün baş hakimi Türkiyədən olan Cüneyt Çakırdır. Komandaların heyətləri belədir;
Braziliya: Sezar, Alves, Silva, Luiz, Marselo, Paulinyo, Fred, Neymar, Oskar, Ramires, Qustavo
Meksika: Ocoa, Rodriqes, Marques, Herrera, Layun, Dos Santos, Moreno, Quardado, Peralta, Aguilar, Vasques
***
Fortaleza şəhərində ilk 30 dəqiqədən sonra qol yoxdur. Hər iki komandanın hesabı açmaq üçün real qol şansları olub.
***
45 dəqiqədə tərəflərdən heç biri fərqlənə bilmədi. 0-0
***
İkinci hissə başlayandan bəri Meksika ev sahibi Braziliyanı öz qapısı önünə sıxmağı bacarıb. Qapıçı Julio Sezar bir neçə dəfə həyəcanlı dəqiqələr yaşayıb
***
Meksika komandasının qapıçısı Oçoa 86 dəqiqə ərzində mükəmməl oyun nümayiş etdirir.
***
Braziliya 90 dəqiqə ərzində Meksikanın qapısına yol tapa bilmədi. Gğöüşdə hesab açılmadı və matç 0-0 hesabı ilə başa çatdı. Beləliklə, play-off-a çıxacaq komandaların adına rəsmi olaraq son turda aydınlıq gələcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər