Braziliya Senatının spikerində koronavirus tapıldı

braziliya-senatinin-spikerinde-koronavirus-tapildi
Oxunma sayı: 908

Braziliya Senatının spikeri Davi Alkulumbre koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə “Reuters” onun ofisinə istinadən xəbər verib.

Alkulumbredə ciddi simptomlar yoxdur, lakin o, bir qədər halsızdır. Koronavirus onda ikinci testdən sonra aşkarlanıb. Hazırda senat sədri öz evində karantindədir.

Daha əvvəl Braziliya Prezidenti kabinetinin iki üzvü də (Mədən sənayesi və energetika naziri Bentu Albukerke və Prezidentin mətbuat katibi Fabio Vaynqarten) koronavirusa yoluxmuşdu.