DÇ-2018-də E qrupunun son matçları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu qrupda yalnız Kosta-Rika üçün növbəti mərhələ şansları bitib.
Onlar İsveçrə ilə matçda çempionatdan xalla ayrılmaq üçün çalışacaqlar. İsveçrə millisinin isə növbəti mərhələ şansları yüksəkdir. Qələbə və ya heç-heçə onları növbəti mərhələyə daşıyacaq. Avropalılar hətta uduzsalar belə, Braziliyanın Serbiyanı üstələyəcəyi halda 1/8 finala adlayacaqlar.
Qrupun digər matçında üz-üzə hələlik qrupda lider olan Braziliya Serbiya ilə qarşılaşır. Onları bərabərlik də 1/8 finala çıxmaq üçün qane edir. Serbiya isə 1 xalla ayrılarsa, digər oyunda Kosta-Rikanın qələbəsi lazım olacaq.
Dünya çempionatı, 2018
3-cü tur
E qrupu
22:00. Serbiya - Braziliya
22:00. İsveçrə - Kosta-Rika
Turnir cədvəli
|
1. |
Braziliya |
2 |
1 |
1 |
0 |
3-1 |
4 |
|
2. |
İsveçrə |
2 |
1 |
1 |
0 |
3-2 |
4 |
|
3. |
Serbiya |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
4. |
Kosta-Rika |
2 |
0 |
0 |
2 |
0-3 |
0 |
***
Hər iki matç başladı.
***
İlk 10 dəqiqə ərzində komandalar ehtiyatlı oyun sərgiləyirlər. Hər iki oyunda hələlik qol yoxdur.
***
31-ci dəqiqədə İsveçrə hesabda önə çıxıb. Cemaili fərqlənib.
***
Serbiya - Braziliya matçında da hesab açılıb. 36-cı dəqiqədə Paulinyo Braziliyanı hesabda önə çıxarıb.
***
İlk hissədə başqa qol vurulmayıb və tərəflər fasiləyə yollanıblar.
***
İkinci hissə başladı.
***
56-cı dəqiqədə Kosta-Rika bərabərlik qolunu vurub. Uaston hesabı bərabərləşdirib.
***
68-ci dəqidədə Tyaqo Silva Braziliyanın ikinci qoluna imza atıb.
***
88-ci dəqiqədə İsveçrə hesabda yenidən önə çıxıb. Drmiç komandasının 2-ci qolunu vurub.
***
Kosta-Rika 90+3-cü dəqiqədə hesabı bərabərləşdirir.
***
Hər iki matç başa çatır














Son xəbərlər
Son Xəbərlər