Braziliya yenidən ABŞ-dan sonra 2-ci oldu

braziliya-yeniden-abs-dan-sonra-2-ci-oldu
Oxunma sayı: 1621

Braziliya yeni növ koronavirus infeksiyasına yoluxma sayına görə Hindistanı geridə qoyub və yenidən ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Bu barədə “Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Belə ki, son sutka ərzində Braziliyada koronavirusa 85 663 yoluxma qeydə alınıb, onların ümumi sayı 11 363 380-ə yüksəlib. Son 24 saatda 2 216 nəfər koronavirusdan vəfat edib və bu say 275 105-ə çatıb.  

10 milyondan çox pasiyent sağalıb, 1 milyondan çox aktiv koronavirus xəstəsi var.