Braziliyada son sutka ərzində daha 4 075 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nəticədə yoluxma hallarının ümumi sayı 105 222-yə yüksəlib.
Bundan əlavə, son sutka ərzində 263 pasiyent vəfat edib (ümumilikdə 7 228).
Daha əvvəl koronavirusa yoluxmuş şəxslərdən 45 815-i sağalıb.
Son xəbərlər
Son Xəbərlər