Braziliyada ağır qəza - 32 nəfər öldü

braziliyada-agir-qeza
Oxunma sayı: 1104

Braziliyanın San-Paulo ştatında avtobusla yük maşınının toqquşması nəticəsində azı 32 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. əvvəlcə 22 nəfərin öldüyü bildirilsə də, hazırda bu rəqəm 32-dir. Məlumata görə, avtobusda tekstil fabrikinin 50-dən çox işçisi olub.

Hələ də avtobusda sıxılıb qalanların olduğu bildirilir.