Braziliyada da “omicron”dan ilk ölüm qeydə alındı

braziliyada-da-omicrondan-ilk-olum-qeyde-alindi
Oxunma sayı: 937

Braziliyada “omicron” ştamından ilk ölüm qeydə alınıb.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, ölən şəxs Qoyas ştatının Aparesida-di-Qoyanya şəhərinin yaşlı sakinidir.

Məlumata görə, 68 yaşlı kişi hipertoniya və xroniki ağciyər xəstəliyindən əziyyət çəkirmiş. O, peyvəndin üç dozası ilə peyvənd olunub.