Braziliyanın şimalında yerləşən Para ştatında elektrik dirəyinin aşması nəticəsində azı 7 nəfər həyatını itirib.
Bu barədə “Qafqazinfo” “G1” portalına istinadən xəbər verir.
Onun məlumatına görə, insident cümə günü səhər saatlarında baş verib. 6 nəfər qəza yerində, daha 1 nəfər xəstəxanada ölüb. Xəsarət alanlara tibbi yardım göstərilir, vəziyyətləri barədə məlumat verilmir.
Bildirilir ki, hadisə zamanı ərazidə azı 26 nəfər olub. Xilasedicilər xəsarət alanların axtarışı ilə məşğuldur.
Son xəbərlər
Son Xəbərlər