Braziliyada gündəlik yoluxmada rekord

braziliyada-gundelik-yoluxmada-rekord
Oxunma sayı: 1111

Braziliyada koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəstəliyin yayılmasından sonra ilk dəfə Braziliyada son sutkada yoluxma 200 mini keçib.

Belə ki, ötən 24 saatda 204 mindən çox yoluxma, 338 ölüm faktı qeydə alınıb.

Beləliklə, yanvarın əvvəlindən bəri üçüncü gündür ki, ölkədə COVID-19-a yoluxanların sayının gündəlik artımı 100 mini keçib.

Qeyd edək ki, 210 milyon əhalisi olan Braziliyada indiyədək 23 milyondan çox yoluxma qeydə alınıb. Ölkədə indiyədək 621 855 nəfər COVİD-19-un qurbanı olub. 21 milyondan çox insan isə bu xəstəlikdən sağalıb.