Braziliyada iki qatar toqquşdu - Ölən və yaralananlar var

braziliyada-iki-qatar-toqqusdu
Oxunma sayı: 762

Braziliyanın Rio de Janeyro şəhərində iki sərnişin qatarı toqquşub.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qatarlardan birinin maşinisti ölüb, 8 sərnişin isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib və yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.