Braziliyada İsa Məsihin heykəlini ildırım vurdu

braziliyada-isa-mesihin-heykelini-ildirim-vurdu
Oxunma sayı: 4242

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən İsa Məsihin məşhur heykəlini ildırım vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şahidləri bu anın fotosunu sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, heykəl dağın zirvəsində - dəniz səviyyəsindən 700 m-dən çox yüksəklikdə yerləşir.

2021-ci ilin aprelində Braziliyada İsa Məsihin Rio-de-Janeyrodakı abidədən daha hündür edilməsi planlaşdırılan ikinci heykəlinin tikintisinə başlanılıb.