Braziliyada koronavirusa yoluxanların sayı yarım milyonu ötdü

braziliyada-koronavirusa-yoluxanlarin-sayi-yarim-milyonu-otdu
Oxunma sayı: 710

Braziliyada koronavirusa yoluxanların sayı 500 mini, bu virusdan ölənlərin sayı isə 29 mini ötüb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, son 24 saat ərzində daha 16 409 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə koronavirusa yoluxanların sayı 514 849-a yüksəlib. Bundan əlavə, son sutka ərzində daha 408 pasiyent vəfat edib ki, bu da koronavirus qurbanlarının sayını 29 314-ə çatdırıb.

İndiyədək 206 555 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.