Braziliyada koronavirusdan ölənlərin sayı 60 mini ötdü

braziliyada-koronavirusdan-olenlerin-sayi-60-mini-otdu
Oxunma sayı: 1354

Braziliyada son sutka ərzində daha 18 428 nəfərdə koronavirus aşkarlanıb, 538 nəfər bu virusun qurbanı olub. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 426 913-ə, bu virusdan ölənlərin sayı isə 60 194-ə yüksəlib.

Bundan əlavə, indiyədək 790 040 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Ölkədə 576 679 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8 318-nin vəziyyəti ağırdır.