Braziliyada koronavirusdan ölənlərin sayı 68 055-ə çatıb

braziliyada-koronavirusdan-olenlerin-sayi-68-055-e-catib
Oxunma sayı: 1030

COVID-19  Braziliyada bir sutka ərzində ölənlərin sayı 1 223 nəfərə çatıb. 

“Qafqazinfo” “RİA Novosti” yə istinadən xəbər verir ki, ölkədə virusdan ölüm hallarının sayı 68 055-ə çatıb. Hökumətin yaydığı məlumata görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 44 571-ə  çatıb.

Ümumilikdə Braziliyada 1 716 196 yoluxma qeydə alınıb, 68 055 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.