Braziliyada koronavirusdan ölənlərin sayında rekord

braziliyada-koronavirusdan-olenlerin-sayinda-rekord
Oxunma sayı: 1801

Braziliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 600 nəfər (indiyədək olan ən yüksək nəticə) artaraq 7 921-ə yüksəlib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Bundan əlavə, son 24 saat ərzində 6 935 yeni yoluxma halı qeydə alınıb (ümumilikdə 114,7).

48,2 pasiyent sağalıb, 1 579 nəfərdə virusun olub-olmaması müəyyənləşdirilir.