Braziliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 615 nəfər, yoluxanların sayı isə 10 min 503 nəfər artıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu, ölkə üçün rekord göstəricidir.
İndiyədək ölkədə ümumilikdə 125 218 yoluxma, 8 536 ölüm halı qeydə alınıb.
51 370 pasiyent virusdan sağalıb.
Qeyd edək ki, Braziliyada koronavirusdan ölüm sayına görə daha əvvəlki rekord göstərici (600 nəfər) mayın 6-da qeydə alınmışdı.
Son xəbərlər
Son Xəbərlər