Braziliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı rekord sayda artıb – 1 130 nəfər. “Qafqazinfo” “worldometers.info”ya istinadən bildirir ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 17 983-ə yüksəlib.
Braziliyada ümumilikdə 271 885 koronavirus xəstəsi var. Onlardan 16 517-si son 24 saat ərzində aşkarlanıb.
Bundan əlavə, indiyədək ölkədə 106 794 pasiyent sağalıb. Tibb müəssisələrində 147 108 nəfərin müalicəsi davam etdirilir. Onlardan 8 318-nin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, ölkədə ölüm hallarının sayına görə daha əvvəlki rekord mayın 12-də qeydə alınmışdı. Həmin gün orada 881 nəfər vəfat etmişdi.
Son xəbərlər
Son Xəbərlər