Braziliyada koronavirusla bağlı vəziyyətdə daha bir rekord

braziliyada-koronavirusla-bagli-veziyyetde-daha-bir-rekord
Oxunma sayı: 2174

Braziliyada koronavirusdan ölənlərin sayında növbəti rekord göstərici qeydə alınıb. Ölkədə son sutka ərzində 751 nəfər xəstəlikdən vəfat edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Braziliyada koronavirus qurbanlarının ümumi sayı 9 887 nəfər təşkil edir.

Bundan əlavə, yoluxma hallarının sayında da rekord göstərici müşahidə olunub. Belə ki, son sutka ərzində 10 222 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 145 mini ötüb.