Braziliyada koronavirusla bağlı vəziyyətdə növbəti rekord

braziliyada-koronavirusla-bagli-veziyyetde-novbeti-rekord
Oxunma sayı: 1437

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə 15 305 nəfərin testi müsbət nəticələnib (mayın 14-də bu rəqəm 11 385 idi). “Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.  

Beləliklə, Braziliyada koronavirusa yoluxanların sayı 218 223-ə yüksəlib. Bundan əlavə, son sutka ərzində 824 nəfər xəstəliyin qurbanı olub. Ölkədə koronavirusdan ölənlərin sayı 14 817-yə çatıb.  

Həmçinin koronavirus infeksiyasından ümumilikdə 84 970 pasiyent sağalıb.