Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə son 24 saat ərzində 11 385 yoluxma (mayın 9-da 9 887 olub), 749 ölüm halı qeydə alınıb.
Beləliklə, Braziliyada koronavirusa yoluxanların sayı 188 974-ə, ölənlərin sayı isə 13 149-a yüksəlib.
Daha 2 050 ölüm araşdırılır.
78 424 pasiyent sağalıb.
Son xəbərlər
Son Xəbərlər