Braziliyada misli görünməmiş oğurluq

braziliyada-misli-gorunmemis-ogurluq
Oxunma sayı: 2930


“Qafqazinfo” xəbər verir ki, bu dəfə Braziliyada yerləşən məşhur “Samsung” fabriki oğrular tərəfindən yarılıb. Təxminən 20 nəfər oğru iş gedən vaxtı fabrikə daxil olub və 36 milyon dollar dəyərində, “Samsung” məhsullarını daşıyaraq, 7 müxtəlif yük maşınına dolduraraq hadisə yerindən qaçıblar. Oğurluq zamanı işçilərə zərər dəyməyib, sadəcə olaraq onların polisə zəng etmələrinin qarşısını almaqdan ötrü telefonlarının batareyaları çıxarılıb.

 "Samsung" şirkəti məsələ ilə bağlı verdiyi açıqlamada bundan narahat olduğunu, ancaq hadisə zamanı işçilərinə zərər dəymədiyinə görə, sevindiyini açıqlayıb.

İqbal