Braziliyada müəllim və şagirdlər qətlə yetirildi

braziliyada-muellim-ve-sagirdler-qetle-yetirildi
Oxunma sayı: 1395

Braziliyanın Santa Katarina ştatında məktəblərin birində dəhşətli qətl törədilib.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, yeniyetmə siniflərin birində iri bıçaqla müəllim və şagirdlərə zərbələr endirib. Nəticədə müəllim və 3 şagird ölüb. Hadisəni törədən şəxs saxlanılıb.

Ölənlərin və saxlanılan şəxsin yaşı hələlik açıqlanmır.

Hadisənin səbəbləri araşdırılır.